“China Petroleum & Chemical Corp” (Sinopec) şirkəti Çinin şimal-şərqindəki Sıçuan vilayətində yerləşən “Bazhong” qaz yatağının I fazasında aşkar edilmiş 30,55 milyard kubmetr təsdiqlənmiş təbii qaz ehtiyatları üçün rəsmi sertifikat alıb.
“Bazhong” Sıçuan hövzəsində “Sinopec” şirkəti tərəfindən kəşf edilən “Xujiahe” formasiyasını hədəf alan üçüncü qaz yatağıdır. “Bazhong” yatağının dərinliyi 4550 ilə 5225 m arasında dəyişir və ultra dərin qaz rezervuarı kimi tanınır. Hazırda “Sinopec” yatağın yerləşdiyi regionda 154,747 milyon kubmetr qaz ehtiyatının təsdiqləndiyini açıqlayıb.
Leyla Şıxəli, “İki sahil”
Azərbaycanın kulinariya irsi 10-cu Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub
Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumu imzalanıb