Avropa İttifaqının Ermənistandakı Monitorinq Missiyası Azərbaycan - Ermənistan sərhədində patrul fəaliyyətini artırıb.
“İki sahil” xəbər verir ki, bu barədə Aİ Monitorinq Missiyası məlumat yayıb.
Bildirilib ki, Aİ Monitorinq Missiyası hərbi vəziyyəti və hər hansı dəyişikliyi müşahidə etmək üçün Ermənistanın Qeqarkunik və Sünik vilayətlərinin Azərbaycanla sərhəd ərazilərində patrul fəaliyyətini artırıb.
"Biz regionda mövcudluğumuz vasitəsilə gərginliyin aradan qaldırılmasına və vəziyyətlə bağlı Aİ-ni qərəzsiz hesabatına töhfə verməyi hədəfləyirik", - Monitorinq Missiyası vurğulayıb.
Pan-Afrika Parlamenti və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi arasında Anlaşma Memorandumu imzalanıb
Vüqar Rəhimzadə: Azərbaycanın Türk dünyasının, İslam aləminin birliyinə, həmrəyliyinə töhfələri davamlıdır
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib