Naxçıvan Şəhər İcra Hakimiyyətində bir sıra kadr dəyişiklikləri olub.
“İki sahil” xəbər verir ki, aparatın ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Məmmədov Qasım Məmmədhəsən oğlu və icra hakimiyyətinin hüquq şöbəsinin müdiri İmanov Emin Əli oğlu işdən azad olunublar.
Eyni zamanda Naxçıvan şəhər icra başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Abdullayev Səftər Hüseyn oğlu və Əliabad qəsəbə sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əliyev Elnur Məmmədəli oğlu işdən çıxarılıblar. Digər əmrlə onların yerinə müvafiq olaraq Kərimov Suliddin İsa oğlu və Hüseynov Vüqar Qulamhüseyn oğlu təyin ediliblər.
Pan-Afrika Parlamenti və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi arasında Anlaşma Memorandumu imzalanıb
Vüqar Rəhimzadə: Azərbaycanın Türk dünyasının, İslam aləminin birliyinə, həmrəyliyinə töhfələri davamlıdır
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib