İldırım çaxması nəticəsində Yevlaxda bir sıra yaşayış məntəqələrinə elektrik enerjisi verilişi dayandırılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Yevlax Şəhər İcra Hakimiyyətindən xəbər verilib.
Qeyd edilib ki, rayon ərazisində müşahidə edilən əlverişsiz hava şəraiti ilə əlaqədar rayonun bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranıb. Belə ki, 10.09.2023-cü il tarixdə saat 03:55 radələrində güclü ildırım çaxması nəticəsində rayonu elektrik enerjisi ilə təmin edən naqillərə və elektrik avadanlıqlarına ciddi ziyan dəyib, rayonun 5 yaşayış məntəqəsində (Yevlax şəhərinin 1 hissəsi, Varvara, Balçılı, Ağqıraq, Cırdaxan kəndləri) 2600-ə yaxın abonentin elektrik enerjisi ilə təchizatı dayandırılıb.
Rayon Fövqəladə Hallar Komissiyasının nəzarəti altında “Yevlax Elektrik Şəbəkə”-nin əməkdaşları tərəfindən elektrik enerjisinin verilməsinin qısa müddətdə bərpa edilməsi üçün işlər davam etdirilir.
İranın səfiri: Yardım karvanı Azərbaycan hökumətinin və xalqının həmrəyliyini göstərir
Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınıb
Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günüdür