Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə “Azərbaycan-Qazaxıstan: regional əməkdaşlıq” mövzusunda dəyirmi masa keçirilir.
“İki sahil” xəbər verir ki, tədbiri giriş sözü ilə açan BMTM-nin İdarə Heyətinin sədri Fərid Şəfiyev ölkələrimiz arasında ikitərəfli əlaqələrin gündən-günə inkişaf etdiyini vurğulayıb.
Onun sözlərinə görə, Mərkəzi Asiya ölkələri ilə sıx əlaqələri qoruyub saxlamaq Azərbaycanın xarici siyasətində prioritet məsələdir: “Bu gün biz ikitərəfli əməkdaşlığa dair mühüm mövzuları, regiondakı vəziyyəti, o cümlədən hazırda Qazaxıstandakı yenilikləri müzakirə edəcəyik”.
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
Prezident İlham Əliyev Auditin inkişafına həsr edilən beynəlxalq konfransın iştirakçılarına müraciət göndərib