Özbəkistan Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma “prezident seçkiləri”ni tanımır.
“İki sahil” xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyi bildirib.
“Daşkənd Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, həmçinin onun daxili işlərinə hər hansı müdaxiləni pisləyir”, - Nazirliyin bəyanatında deyilir.
Xatırladaq ki, bundan öncə bir sıra ölkələr və beynəlxalq təşkilatlar - Türkiyə, Ukrayna, Avropa İttifaqı, Moldova, Böyük Britaniya, Pakistan, Gürcüstan qondarma “prezident seçkiləri”ni tanımadıqlarını bəyan ediblər.
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
Prezident İlham Əliyev Auditin inkişafına həsr edilən beynəlxalq konfransın iştirakçılarına müraciət göndərib