Nyu-Yorkda səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili BMT-nin baş katibi Antonio Quterreş ilə görüşüb.
“İki sahil” xəbər verir ki, məlumatı Gürcüstanın hökumət administrasiyası yayıb.
Tərəflər Cənubi Qafqaz regionunda təhlükəsizlik mühiti və çağırışlarını müzakirə ediblər..
İrakli Qaribaşvili ölkəsinin regionda sülh və sabitliyə töhfə verməyə hər zaman hazır olduğunu vurğulayıb.
Qaribaşvili ölkəsinin ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə görə Baş katibə təşəkkür edib.
Aİ missiyası Bakı və İrəvan arasında sülh sazişindən sonra Ermənistan sərhədini tərk edəcək
Gürcüstan Venesuelanı Abxaziya və Cənubi Osetiyanın tanınmasını GERİ GÖTÜRMƏYƏ ÇAĞIRIR
Tramp miqrantlara qarşı mübarizə üçün NATO-nun 5-ci maddəsinin tətbiqini TƏKLİF EDİB