19 sentyabr 2023 17:57
210

Naxçıvanda reklam lövhəsi aşıb, ölən var - YENİLƏNİB

Naxçıvanda reklam lövhəsinin aşması nəticəsində xəsarət alan şəxs ölüb.

“İki sahil” xəbər verir ki, 1963-cü il təvəllüdlü Qafarova Zimilə Həsən qızı xəstəxanada keçinib.

***

Naxçıvanda yeni quraşdırılan reklam lövhəsi aşıb, xəsarət alan var.

“İki sahil” xəbər verir ki, hadisə bu gün şəhərin Əziz Əliyev prospektində qeydə alınıb. Yeni quraşdırılan reklam lövhəsinin aşması nəticəsində 1963-cü il təvəllüdlü Naxçıvan şəhəri Tumbul kənd sakini Qafarova Zimilə Həsən qızı xəsarət alıb, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.