19 sentyabr 2023 18:08
243

Vətən müharibəsi iştirakçısı: Milli məsələdə niyə xalqla, dövlətlə birlikdə deyilsiniz?

“Ordumuz Qarabağda antiterror tədbirləri həyata keçirir. Bütün dualarımızla Ordumuzun yanındayıq! Vətən müharibəsində çiyin-çiyinə döyüşdüyüm qəhrəman əsgər-zabitlərimiz tapşırığın öhdəsindən layiqincə gəlir və gələcək”.

“İki sahil” xəbər verir ki,  bu fikirləri Vətən müharibəsi iştirakçısı, jurnalist Anar Miriyev söyləyib.

O qeyd edib ki, xalqımız Ordumuzun, dövlətin yanındadır: “Amma yenə də “çürük qozlar” ortaya çıxdı. Baxıram, siyasi partiyalar dəstək bəyanatı yayıblar. Amma AXCP, Müsavat Partiyası və REAL Partiyası bəyanatı imzalamayıblar. NİYƏ? Azərbaycanın separatizmə, terrorçulara qarşı mübarizəsini niyə dəstəkləmirsiniz? Milli məsələdə niyə xalqla, dövlətlə birlikdə deyilsiniz? Belə vaxtda da olmayacaqsınızsa, başqa nə vaxt olacaqsınız? Bu, Vətənə xəyanət mövqeyidir. Yazıqlar olsun!”.