21 sentyabr 2023 19:00
263

İranda zəlzələ olub, Naxçıvanda da hiss edilib

İranda zəlzələ olub, Naxçıvanda da hiss edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Ordubad stansiyasından 68 km cənub-qərbdə, İranda zəlzələ qeydə alınıb. Zəlzələ Naxçıvan MR-da 3 bala qədər hiss olunub.

Zəlzələnin maqnitudası 4,5, dərinliyi 4 km olub.