22 sentyabr 2023 09:55
190

Muxtar Babayev Hindistanın Azərbaycandakı səfiri ilə görüşüb

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Hindistanın Azərbaycandakı səfiri Sridharan Madhusudhananla görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Görüşdə “Azərbaycan Respublikası və Hindistan Respublikası arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya” çərçivəsində qarşıda duran vəzifələr, iki ölkə arasında mövcud əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb, gələcək perspektivlər müzakirə olunub.