Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
“İki sahil” xəbər verir ki, hadisə Yeni Ramana qəsəbəsində qeydə alınıb.
1986-ci il təvəllüdlü Malik Hüseynov yaşadığı fərdi yaşayış evində qaynatası ilə dava edib. Dava zamanı qaynatası bıçaqla M.Hüseynova zərbə vurub.
Yaralı xəstəxanaya yerləşdirilib. O, sağ budun kəsilmiş-deşilmiş xəsarətləri ilə cərrahi əməliyyat edilib.
Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
YAP Nizami rayon təşkilatının keçirdiyi “Qış məktəbi” işini uğurla yekunlaşdırıb
Canlı yayımlarda baş verən şəxsiyyət hüquqlarının pozulması hallarında media subyektləri də məsuliyyət daşıyacaq