"Barselona"nın müdafiəçisi Joao Kanselo İspaniya çempionatının 9-cu turuna "Selta" ilə oyunundakı (3:2) çıxışından danışıb.
“İki sahil” xəbər verir ki, portuqaliyalı fubolçu görüşdə bir qol vurmasına və bir qol ötürməsi verməsinə baxmayaraq, öz oyununu bəyənmədiyini qeyd edib:
“Çox pis oyun keçirdim və çoxlu səhvlər etdim. Amma sonda diqqəti saxlamaq və sona qədər mübarizə aparmaq vacibdir. Üç xal qazandıq. Çox şeyi təkmilləşdirmək lazımdır. Zəif oynayanda belə, üç xal qazanmaq vacibdir. Çoxlu texniki qüsurlar etdim, bu mənim üçün qeyri-adi haldır. Belə oyunla "Barselona" məni "Mançester Siti"yə qaytaracaq. Biz yavaş-yavaş irəliləməliyik”.