25 sentyabr 2023 17:40
242

Ərdoğan: Zəlzələ vaxtı varını-yoxunu millətimizə göndərən azərbaycanlı qardaşlarımızın səmimiyyətini unutmayacağıq

Azərbaycanlı qardaşlarımıza 6 fevral zəlzələsinin nəticələrinin aradan qaldırılmasına verdikləri güclü dəstək üçün bir daha şəxsim və millətim adına təşəkkür edirəm.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycana rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatda bildirib.

Türkiyə Prezidenti deyib ki, varını-yoxunu avtomobilinin üzərinə yükləyib millətimizə yardım üçün yola çıxan qardaşlarımızın səmimiyyətini heç bir zaman unutmayacağıq.