26 sentyabr 2023 16:06
186

İsveçrə Almaniyaya 25 ədəd “Leopard 2” tankı satacaq

İsveçrə hökuməti Almaniyaya 25 ədəd “Leopard 2” tankının satışını təsdiqləyib.

“İki sahil” xəbər verir ki, bu barədə İsveçrə Teleqraf Agentliyi (SDA/ATS) məlumat yayıb.

Agentliyin xəbərinə əsasən, Berlin həmin tankları Kiyevə göndərməyəcəyinə dair öhdəlik götürüb.

Həmçinin əlavə olunub ki, tanklar, onların istehsalçısı olan Almaniyanın “Rheinmetall” konserninə satılacaq.