26 sentyabr 2023 16:23
210

KİV: İran XİN rəsmisi ABŞ Milli Təhlükəsizlik Şurasının koordinatoru ilə görüşəcək

İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Əli Bağeri Kəni yaxın zamanda ABŞ Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett MakQurkla görüşəcək.

“İki sahil” xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, görüşün yaxın həftələrdə Omanda baş tutması planlaşdırılır.