Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib.
“İki sahil” xəbər verir ki, bu barədə qondarma quruma rəhbərlik etmiş Samvel Şahramanyan qərar verib.
Qərara əsasən, qondarma rejimin bütün qurumları və təşkilatları fəaliyyətini dayandırır. Bununla da "Dağlıq Qarabağ respublikası" öz mövcudluğuna son verir.
Bildirilib ki, Qarabağın erməni əhalisi, o cümlədən kənarda yaşayanlar gələcəkdə bölgəyə qayıtmağın mümkünlüyü ilə bağlı müstəqil və fərdi qərar qəbul etmək məqsədi ilə Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış ola bilərlər.
AMEA-nın Naxçıvan Bölməsinin “Tusi” nəşriyyatında yeni alınmış avadanlıqların təqdimat mərasimi keçirilib
NATO Baş katibinin müavini: Azərbaycanla qarşılıqlı faydalı olan sahələrdə əməkdaşlığı davam etdirməyi planlaşdırırıq