28 sentyabr 2023 12:26
220

Ceyhun Bayramov: Ərazi bütövlüyü və suverenliyə hörmət əsasında Ermənistanla sülh prosesində maraqlıyıq

Azərbaycanın qarşılıqlı şəkildə ərazi bütövlüyü və suverenliyə hörmət əsasında Ermənistanla sülh prosesində maraqlı olduğu vurğulanıb.

XİN-dən "İki sahil"ə verilən xəbərə görə, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifələrini icra edən Yuri Kimi qəbul edərkən deyib.

Nazir Ceyhun Bayramov ölkəmizin cəlb olunmuş beynəlxalq tərəfdaşlar vasitəsilə həyata keçirdiyi bütün səylərinə baxmayaraq, Ermənistan tərəfinin sülh prosesinə maneçilik törətməkdə davam etdiyi diqqətə çatdırılıb.