Antiterror tədbirləri dayandırıldıqdan sonra mərkəzi hökumət tərəfindən Qarabağ bölgəsində yaşayan erməni əhalisinə genişmiqyaslı humanitar yardımlar edilib, miqrasiya, sosial müdafiə və səhiyyə sahələri ilə bağlı əhaliyə yerində xidmətlər göstərilib.
“İki sahil” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev oktyabrın 2-də Anqlikan Kilsəsinin dini rəhbəri, Kenterberi Arxiyepiskopu Castin Velbini qəbul edərkən bildirib. Dövlət başçısı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qarabağın erməni sakinlərinin hüquqlarının və təhlükəsizliyinin təmin olunması ilə bağlı geniş ictimaiyyətə, həmçinin ermənilərə ünvanlanmış bəyanat verdiyini vurğulayıb.
Hikmət Hacıyev: Azərbaycan dövləti bu abidələrin qorunması, mühafizəsi və bərpasına sadiqdir
Emi Karlon: Bu müddət ərzində əldə edilən irəliləyiş bizi həqiqətən sevindirir