Moskva Azərbaycanın Qarabağ bölgəsində vəziyyəti sabitləşdirmək üçün Bakı ilə işləyir.
“İki sahil” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Valday” beynəlxalq diskussiya klubunun 20-ci illik toplantısı çərçivəsində jurnalistlərə deyib.
“Biz azərbaycanlı həmkarlarımızla Qarabağda vəziyyəti sabitləşdirmək, orada etimadı gücləndirmək, normal həyatın bərpası, ermənilərlə azərbaycanlıların birgə yaşayışı üçün şərait yaratmaq üçün çalışırıq. Ümid edirəm ki, İrəvan da bunda maraqlı olmalıdır, bunun üçün səy göstərəcəklər”, - Lavrov bildirib.
Hikmət Hacıyev: Azərbaycan dövləti bu abidələrin qorunması, mühafizəsi və bərpasına sadiqdir
Emi Karlon: Bu müddət ərzində əldə edilən irəliləyiş bizi həqiqətən sevindirir