İngiltərə millisinin və "Çelsi" klubunun futbolçusu Ben Çiluell uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.
"İki sahil" "Daily Express"ə istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi Liqa Kubokunda "Brayton"a 1:0 hesabı ilə qalib gəldikləri matçda bud nahiyəsindən zədə alıb.
İngiltərəli oyunçu iki aydan sonra sıraya dönə biləcək.
Qeyd edək ki, Ben Çiluell cari mövsüm bütün turnirlərdə 7 oyuna çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Super Liqada mübarizə aparacaq qadın və kişi komandalarının nümayəndələri ilə görüş keçirilib
Cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycan komandasının aktivinə daha 2 qızıl medal əlavə olunub
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub