06 oktyabr 2023 22:06
257

Kürəkən qayınanasını və arvadını bıçaqlayıb

Goranboyda bıçaqlanma hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, hadisə rayonun Veysli kəndində qeydə alınıb.

Belə ki, 1996-ci il təvəllüdlü Pərvanə Yolçuyeva və onun anası 1966-cı il təvəllüdlü Siyatel Əliyeva bıçaqlanıb.

Yaralılar xəstəxanaya aparılıb. Məlumata görə, hər iki şəxsi ailənin kürəkəni, Nihat adlı şəxs bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.