12 oktyabr 2023 09:09
213

Xaçmazda minik avtomobilləri toqquşub

Gecə saatlarında Xaçmaz-Quba yolunun 2-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, qəza zamanı “Mercedes” və “VAZ-2107” markalı minik avtomobillərinin toqquşub. Hadisə nəticəsində 1985-ci il təvəllüdlü Ləzgiyev Rafiq Ayvaz oğlu xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.