2024-cü ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 410 milyon manatı və yaxud 1,1 %-i ehtiyat fondlarına ayırmaların payına düşəcək.
“İki sahil” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 2,3 % azdır.
O cümlədən, Prezident ehtiyat fondu yenə də 300 milyon manat, büdcənin ehtiyat fondu isə illik müqayisədə 7,95 % az - 110 milyon manat təşkil edəcək.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir.
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır