İtaliya və Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığı artırmağa çalışırıq.
“İki sahil” xəbər verir ki, bu barədə İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri ADA Universiteti və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi Kənd təsərrüfatı və Qida elmləri fakültəsinin açılışı və Ümumdünya Qida Günü ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.
O qeyd edib ki, İtaliya ərzaq və kənd təsərrüfatları sahəsində dünyaya bir çox töhfələr verə bilər.
“Azərbaycana bu sahədə texnologiyaların gətirilməsinə öz töhfəmizi verə bilərik. Dövlət nümayəndələri, özəl sektorlar və vətəndaş cəmiyyətinin ərzaq təhlükəsizliyi məsələsinə qoşulması da xüsusi əhəmiyyət daşıya bilər”,- deyə səfir əlavə edib.
Qeyd edək ki, Bakıda ADA Universiteti və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi Kənd təsərrüfatı və Qida elmləri fakültəsinin açılışı və Ümumdünya Qida Günü ilə bağlı tədbir keçirilir.
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır