2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycana 210 milyon 742.28 min dollar dəyərində 792 min 331.38 ton buğda idxal edilib.
"İki sahil” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 6.5% və ya 48 min 131 ton, məbləğ baxımından isə 19.6% və ya 51 mln. 324 min dollar çoxdur.
Xatırladaq ki, cari ilin yanvar-sentyabr aylarında buğda idxalı Azərbaycanın ümumi idxalının 1.67%-nə bərabər olub.
Əlavə edək ki, 2023-cü ilin sentyabr ayında ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti, ötən ilin müvafiq dövrü ilə müqayisədə 32.2% və ya 191.89 manat azalaraq 404,35 manat təşkil edib.
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır