“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan banklarının əməliyyat mühiti üzrə “b+” səviyyəsində olan reytinqi üzrə proqnozunu "sabit"dən "müsbət"ə doğru dəyişib.
İki sahil "Fitch"ə istinadən xəbər verir ki, bu, yüksək tsiklikliyə malik Azərbaycan iqtisadiyyatında maliyyə sabitliyinin yaxşılaşmağa davam edəcəyi ilə bağlı gözləntiləri əks etdirir.
"Bu, yerli bankların daha güclü maliyyə xüsusiyyətləri və tənzimləyici nəzarətin gücləndirilməsi sayəsində mümkün olacaq. Tənzimləyici nəzarətin gücləndirilməsi həm də aktivlərin keyfiyyətinə təsir edən miras qalmış risklərin yumşaldılmasına gətirib çıxarır", - agentlik qeyd edib.
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır