Bu ilin yanvar-sentyabr aylarında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə şirkəti “ADY Konteyner” MMC konteynerlərlə 8 059 TEU idxal, 11 306 TEU ixrac yükü nəql edib.
“İki sahil” “ADY Konteyner”ə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 50,5 % və 2,45 dəfə çoxdur.
İdxal yükləri əsasən müxtəlif sənaye, kimya sənayesi məhsulları, əlvan metallar, tikinti materialları, nəqliyyat vasitələri və onların ehtiyat hissələri, ixrac yükləri isə əsasən müxtəlif sənaye, o cümlədən kimya sənayesi məhsulları, əlvan metallar olub.
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır