Mərkəzi Bankın səlahiyyəti artırılır.
“İki sahil” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Mərkəzi Bank haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, Mərkəzi Bank maliyyə bazarlarının fəaliyyətinin sabitliyi və dayanıqlığını təmin etmək məqsədilə digər maliyyə bazarı iştirakçıları kimi, ödəniş təşkilatları, elektron pul təşkilatları, ödəniş sistemləri operatorlarının da fəaliyyətinin lisenziyalaşdırılmasını, tənzimlənməsini və fəaliyyətləri üzərində nəzarəti həyata keçirəcəkdir.
Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır