Qlobal neft tələbatın artması səbəbindən Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkəti, lazım gələrsə, artan tələb fonunda bir neçə həftə ərzində neft hasilatını artıra bilər.
“"İki sahil"in “Reuters“a istinadən verdiyi məlumata görə, bu barədə “Saudi Aramco”nun baş icraçı direktoru Amin Nasser bildirib.
Onun sözlərinə görə, bu ilin ikinci yarısında gündəlik qlobal neft tələbatı 103 mln. barel olacaq, şirkətin gündəlik ehtiyat istehsal gücü isə 3 mln. barel təşkil edir, bu da qlobal tələbatın təxminən üç faizini təşkil edir.
Amir Nasser onu da əlavə edib ki, şirkət 2027-ci il üçün neft hasilatənı indiki gündəlik 12 mln. bareldən 13 mln. barelədək artırmaq planlarına sadiqdir.
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır