"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) indiyə qədər həyata keçirdiyi uçuşların təhlükəsizliyi yüksək səviyədə qorunub.
“İki sahil” xəbər verir ki, bunu deputat Mahir Abbaszadə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Aviasiya haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
"Amma dünyada informasiya texnologiyaları sahəsində inkişaf sürətlə gedir. "Aviasiya haqqında" qanun yerli və beynəlxalq qanunlarla tənzimləndiyinə görə, burda hər dəfə müsbət məqamların olması bizi çox sevindirir. Digər tərəfdən, işğaldan azad edilmiş torpaqlarımızda da hava limanları tikilib, bəziləri isə 2025-ci ilin sonunadək istifadəyə veriləcək. Bu baxımdan aviasiya sahəsində xidmətlərin səviyyəsinin artırılması, təhlükəsizliyin ən yüksək səviyyədə olması ölkəmizin iqtisadi inkişafına müsbət təsir göstərəcək.
AZAL-ın uçuşlarında təhlükəsizliyin yüksək olması bir tərəfdən, ölkəmizin imicini ehtiva edirsə, digər tərəfdən, gediş-gəliş sayının artırılmasını şərtləndirən əsas məsələlərdəndir", - deyə deputat bildirib.
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır