2023-ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 1 mlrd. 878 mln. 955 min dollar dəyərində nəqliyyat vasitələri və onların hissələri idxal edilib.
“İki sahil"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 44.3% və ya 577 mln. 102 min dollar çoxdur. 2022-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 1 mlrd. 301 mln. 853 min dollar dəyərində nəqliyyat vasitələri və onların hissələri idxal edilib.
Qeyd edək ki, hesabat dövründə idxal edilən nəqliyyat vasitələri və onların hissələrinin dəyəri Azərbaycanın ümumi idxalının 14.90%-ni təşkil edib.
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır