Gürcüstan cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan 12,9 min ton aviasiya yanacağı idxal edib ki, bu da ümumi idxalın 13,9%-ni təşkil edib.
“İki sahil” xəbər verir ki, Gürcüstan Neft Məhsulları İdxalçıları Birliyinin məlumatında belə qeyd olunub. Bildirilib ki, Azərbaycan bu il Gürcüstanın ən çox aviasiya yanacağı idxal etdiyi ikinci ölkə olub.
Cari ilin 9 ayı ərzində Gürcüstan Türkmənistandan 23,1 min ton (25%), Yunanıstandan 8,9 min ton (9,6%), Türkiyədən 8 min ton (8,6%) aviasiya yanacağı idxal edib.
Qeyd edək ki, Gürcüstanın aviasiya yanacağı idxalı bu il 92,5 min ton təşkil edib ki, bu da illik ifadədə 2,3% azdır.
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır