“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2022-ci ili 86,156 milyon manat xalis mənfəətlə başa vurub.
"İki sahil” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 3,3 dəfə çoxdur.
Son nəticədə qurumun yığılmış zərəri 1,9 % azalaraq 4 345,349 milyon manata düşüb.
Ötən il ADY-nin yükdaşıma gəlirləri 525,498 milyon manat (əvvəlki ilə nisbətən 32,1 % çox), tikinti gəlirləri 20,953 milyon manat (2,5 dəfə az), sərnişindaşıma gəlirləri 4,826 milyon manat (2,6 dəfə çox), sair gəlirləri 50,131 milyon manat (35,7 % çox), köhnəlmə və amortizasiya xərcləri 83,518 milyon manat (13,1 % çox), əməkhaqqı, maaş və əlaqəli ödənişləri 204,15 milyon manat (15,6 % çox), elektrik enerjisi, materiallar və texniki xidmət xərcləri 63,61 milyon manat (17,6 % çox), nəqliyyat xərcləri 116,357 milyon manat (8,1 % çox), ticari və sair debitor biorcları üzrə dəyərsizləşmə zərəri 1,579 milyon manat (46,9% az), sair xərcləri 52,512 milyon manat (2 dəfə az), maliyyə xərcləri 44,598 milyon manat (25 % az), xarici valyuta mübadiləsindən xalis gəlirləri 71,909 milyon manat (34,5 % az), mənfəət vergisi ödəmələri isə 20,837 milyon manat (əvvəlki il qənaət edib) təşkil edib.
Bu il yanvarın 1-nə ADY-nin aktivləri 4 milyard 271,549 milyon manat olub ki, bu da illik müqayisədə 16,9 % çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 10,5 % azalaraq 2 milyard 444,613 milyon manata düşüb, balans kapitalı isə 98,6% artaraq 1 milyard 826,936 milyon manata çatıb.
Xatırladaq ki, ADY ölkə prezidentinin 20 iyul 2009-cu il tarixli sərəncamı ilə yaradılıb. Nazirlər Kabinetinin 15 fevral 2010-cu il tarixli qərarı ilə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 906,062 milyon manatdır. Səhmdar cəmiyyəti 100% dövlətə məxsusdur.
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır