"Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) dövlət büdcəsindən Naxçıvana uçuşlara görə dotasiya verilir, amma bu, ümumi xərclərin cəmi 20-25 %-ni əhatə edir.
“İki sahil” xəbər verir ki, bunu deputat Siyavuş Novruzov bu gün keçirilən Milli Məclisin plenar iclasında "Aviasiya haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
"Qalan yük AZAL-ın üzərinə düşür. Dövlət büdcəsindən Naxçıvana verilən dotasiya 5 milyon manat təşkil edir, amma AZAL ümumilikdə 20 milyon manat xərc çəkir. Yəni yükün 15 milyon manatı AZAL-ın üzərində qalır. AZAL bu qədər pulu haradan almalıdır? Naxçıvan blokadada olduğu üçün düşünürəm ki, çəkilən bütün xərcləri dövlət ödəməlidir", - deyə deputat bildirib.
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır