Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 3 743,45 min ton qaz kondensatı hasil edib ki, bu da illik müqayisədə 1,46% çoxdur.
Dövlət Statistika Komitəsindən "İki sahil"ə verilən məlumata görə, 2022-ci ilin müvafiq dövründə ölkədə 3 689,61 min ton qaz kondensatı istehsal edilib.
Məlumata əsasən, hesabat dövründə Azərbaycanda istehsal edilən qaz kondensatının 3 721,18 tonu əmtəəlik məhsulun payına düşüb ki, bu da illik müqayisədə 1,52% çoxdur.
Belə ki, 2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 3 665,33 min ton səviyyəsində olub.
Xatırladaq ki, ötən il Azərbaycan 5 019,33 min ton qaz kondensatı hasil edib ki, bu da illik müqayisədə 6,04% azdır. Hesabat dövründə ölkədə istehsal edilən qaz kondensatın 4 987,89 tonu əmtəəlik məhsulun payına düşüb ki, bu da illik müqayisədə 6,3% azdır.
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır