Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın neft yataqlarından 11 304,09 mln. kubmetr səmt qazı hasil edilib ki, bu da illik müqayisədə 2% azdır.
Dövlət Statistika Komitəsindən "İki sahil"ə verilən məlumata görə, 2022-ci ilin müvafiq dövründə ölkədə 11 534,63 mln. kubmetr səmt qazı hasil edilib.
Məlumata əsasən, hesabat dövründə Azərbaycanda istehsal edilən səmt qazının 2 697,06 mln. kubmetri əmtəəlik məhsulun payına düşüb. Bu, illik ifadədə 17,2% azdır. Belə ki, ötən ilin yanvar-sentyabr aylarında bu göstərici 3 257,36 mln. kubmetrə bərabər olub.
Xatırladaq ki, ötən il Azərbaycanın neft yataqlarından 15 425,16 mln. kubmetr səmt qazı hasil edilib ki, bu da illik müqayisədə 2,4% çoxdur. Hesabat dövründə Azərbaycanda istehsal edilən səmt qazının 4 231,46 mln. kubmetri əmtəəlik məhsulun payına düşüb. Bu, illik ifadədə 5,48% azdır.
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır