Cəbrayıl rayonunun Horovlu kəndinin sakinləri gündəlik məişətdə kəhriz suyundan istifadə edə biləcək.
“İki sahil” xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətininin icraçı direktoru Növrəs Cəfərov Xəzər İnşaat Həftəsi çərçivəsində "Bərpa, Tikinti və İdarəetmə xidmətlərinin Böyük Qayıdışa töhfələri" mövzusunda təşkil olunmuş paneldə bildirib.
"Biz kəndi yenidən inşa etməklə bərabər, onun ərazisində vaxtilə mövcud olmuş kəhrizləri bərpa edirik. Sakinlər bura yaşamağa gələndə onlar üçün əvəzedilməz olan kəhriz suyundan içə biləcəklər və gündəlik məişətdə istifadə edə biləcəklər. Biz həm də tikinti işləri zamanı tullantıların ətaraf mühitə verəcəyi zərəri minumuma endirmək üçün onları burada təkrar emal edirik. Tullantılar qurğular vasitəsilə emal olunur və yenidən müxtəlif tikinti sahələrində istifadə edilir", - deyə o qeyd edib.
Hazırda Şərqi Zəngəzurda 3 rayonda 4 kəndin tikintisi həyata keçirilir.
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır