Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti mart ayının 10-dan ilk dəfə olaraq 550 ABŞ dollarından aşağı enib.
“İki sahil” xəbər verir ki, 23 oktyabr tarixində noyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 532,5 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (560,2 dollar) ilə müqayisədə 4,9% azdır.
Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.
Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır