2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 420 mln. 845 min manat, qeyri-həyat sığortası növlərinin hesabına isə 266 mln. 529 min manat sığorta haqqı toplanılıb.
“"İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə həyat sığortası üzrə yığımlar 33.2% və ya 104 mln. 788 min manat, qeyri-həyat sığortası üzrə yığımlar isə 12.2% və ya 29 mln. 21.1 min manat artıb.
Qeyd edək ki, hesabat dövründə həyat sığorta növləri üzrə ödənişlərin məbləği 25.4% artaraq 220 mln. 636 min manat, qeyri-həyat sığorta növləri üzrə ödənişlərin həcmi isə 40.5% artaraq 99 mln. 514 min manata bərabər olub.
Beləliklə, cari ilin yanvar-sentyabr aylarında həyat sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqından 52.4 manat sığorta ödənişi edilib. Bu rəqəm 2022-ci ilin yanvar-sentyabr aylarında 55.7 manata bərabər olub. Bu ilin yanvar-sentyabr aylarında qeyri-həyat sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 37.3 manat təşkil edib ki, bu göstərici ötən ilin müvafiq dövründə 29.8 manata bərabər idi.
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır