Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Azərbaycanda yaradılması gözlənilən Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinin sədrinin seçilməsi qaydaları müzakirə edilib.
“İki sahil”in xəbərinə görə, komitə sədri Tahir Mirkişili bildirib ki, qanunvericilikdə sədrinin açıq səsvermə yolu ilə seçilməsi təklif edilir.
"Bu isə müəyyən dərəcədə konfliktlərə, bir çox hallarda təzyiqlərə, səsvermənin gedişinə maneə olan halların ortaya çıxmasına səbəb ola bilər. Təklifimiz ondan ibarətdir ki, səsvermə qapalı olsun, qanunvericilikdə "açıq səsvermə" ifadəsinin qarşısından “açıq” sözü çıxarılsın. Onun açıq və yaxud qapalı olacağını gələcəkdə müvafiq icra hakimiyyəti orqanı müəyyən edə bilər”, - deyə o qeyd edib.
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır