İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyi Azərbaycanda metallurgiya sahəsinə dəstək verəcək xammal istehsalı müəssisəsinin, eləcə də Avropanın aparıcı taxta emalı və hazır məhsul istehsalı müəssisəsinin yaradılması ilə bağlı layihələri nəzərdən keçirir.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Agentliyin İdarə Heyətinin sədri Elşad Nuriyev bildirib.
"Yaxın vaxtlarda sənaye parklarında bir neçə şirkətə rezidentlik statusu veriləcək. Metallurgiyaya dəstək layihəsi birgə müəssisə olacaq, onun məhsulunun əsas hissəsi ixrac olunacaq. Layihələr təsdiqlənsə onlar ya Sumqayıt Kimya Sənaye Parkında, ya da Ağdam Sənaye Parkında yerləşdiriləcək", - deyə o qeyd edib.
Bundan başqa, E.Nuriyev deyib ki, Ağdam Sənaye Parkında 4-5 müəssisənin inşasının tezliklə yekunlaşdırılması, gələn il onların fəaliyyətə başlaması gözlənilir: "Bunlar əsasən tikinti materialları, ayaqqabı, divar kağızı istehsal edəcək müəssisələrdir. Onların tezliklə açılışı gözlənilir. Eyni zamanda Ağdam Sənaye Parkında infrastruktur işləri də aparılır".
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır