Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihəsinin böyük hissəsi üzrə aparılan işlər başa çatıb.
“İki sahil” xəbər verir ki, bunu Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikinti layihəsinin ətraf mühitə təsirlərinin qiymətləndirilməsinə dair ictimai dinləmədə layihə sənədini hazırlayan şirkətin direktor müavini Azad Məcidov deyib. O bildirib ki, yolun tikintisinin gələn ilin ikinci yarısına qədər başa çatdırılması gözlənilir: "Sözügedən yol Zəfər yoluna paraleldir. Yolda 10 körpü çəkilib, 9-nun tikintisi başa çatıb. Yolun ümumi uzunluğu 81.7 km-dir. Yolda hərəkətin intensivliyi nəzərə alınaraq yolun 48-ci km hissəsinə qədər 4 zolaqlı, Şuşaya qədər olan digər hissəsi isə 6 zolaqlıdır".
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır