2023-ci ilin sentyabr ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 54 şirkət qeydiyyata alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 36 şirkət azdır.
"İki sahil"in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) bildirilib.
Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Qazaxıstan şirkətlərinin sayının azalmasına baxmayaraq, onların ümumi kapitalı artıb.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qazaxıstan şirkətlərinin məcmu kapitalı 142,8 milyon türk lirəsi olduğu halda, 2022-ci ilin eyni dövründə bu rəqəm 18,3 milyon türk lirəsi təşkil edib”, - deyə TOBB-dan bildirilib.
TOBB-dan o da qeyd olunub ki, 2023-cü ilin sentyabr ayında Qazaxıstan şirkətlərinin əksəriyyəti İstanbulda (37) qeydiyyata alınıb.
“İstanbulda qeydiyatdan keçən Qazaxıstan şirkətlərinin ümumi kapitalı 136,5 milyon türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.
Qeyd olunub ki, 2023-cü ilin sentyabr ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 26 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.
Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır