Ukrayna avropalı tərəfdaşların ehtiyacları üçün ölkədəki qaz anbarının həcminin, demək olar ki, yarısını təqdim etməyə hazırdır.
“İki sahil”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.
Onun sözlərinə görə, Ukrayna Avropa qitəsində ən böyük qaz anbarına sahibdir. Ölkə anbarlarında sıfır itki ilə 33 milyard kubmetr qaz saxlaya bilər. Hazırda Ukraynanın anbarlarında xarici tərəfdaşların üç milyard kubmetr qazı saxlanılır.
“Biz, bu həcmi 13-15 milyarda çatdırmağa hazırıq”, - Ukrayna baş naziri vurğulayıb.
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır