Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Azərbaycanda KOB-ların rəqəmsallaşması, İKT və kibertəhlükəsizlik sahələrində peşəkar mütəxəssislərin yetişdirilməsi və bu sahədə fəaliyyət göstərən tədris və təlim mərkəzlərinin sayının artmasında maraqlıdır.
“İki sahil” xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən “Critical Infrastructure Defence Challenge 2023” tədbiri çərçivəsində təşkil olunan konfransda deyib.
"Bu istiqamətdə səlahiyyətlərimiz çərçivəsində dəstək göstərməyə hazır olduğumuzu bir daha bildirmək istəyirəm", - O. Məmmədov bildirib.
Onun fikrincə, iqtisadi artım kapital və təbii sərvətlərdən deyil, insan zəkası və innovasiyalardan asılıdır: "Bu baxımdan gələcək illərdə dünyada artan rəqabətə hazır olmaq üçün hər bir ölkənin prioriteti yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır. Qeyd edim ki, müxtəlif ölkələrin bugünkü uğurlu və davamlı iqtisadi yüksəlişi insan kapitalının məqsədyönlü inkişafı hesabına əldə edilib. Bu gün müasirləşən cəmiyyətlərdə bilik və bacarıqlar kapital sayılır və iqtisadiyyatın əsas resursuna çevrilir".
O.Məmmədov təhsilli, savadlı kadrların formalaşması, o cümlədən biznes mühitinin inkişafına birbaşa təsir edən amillərdən biri olduğunu diqqətə çatdırıb: "KOBİA olaraq biz KOB subyektlərinin kadr potensialının gücləndirilməsində, onların müasir tələblərə cavab verən bilik və bacarıqlara yiyələnməsində, gənclərin əmək bazarına uyğun hazırlanmasında maraqlıyıq".
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır
İllər sonra yollar yenidən birləşir: Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır
Agentliyin direktor müavini “Impact Pioneers ’26 EUROPE” proqramında iştirak edib