Bu il BP şirkətində mövcud olan kiber hadisələrin sayı 450-yə bərabər olub.
“İki sahil” xəbər verir ki, bunu BP şirkətinin Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Bakıda keçirilən “Critical Infrastructure Defence Challenge 2023” tədbiri çərçivəsində təşkil olunan konfransda deyib.
Onun sözlərinə görə, enerji sektoru kiber hücumların statistikasına görə maliyyə və kommunikasiya sektorlarından sonra kiber hücumların hədəfində olan üçüncü sahədir.
"Bu sektorda kifayət qədər rəqəmsal vasitələr tətbiq olunması artıq bizim sektorun da kiber hücum və təhdidlərə məruz qalma riskini artırır. Kiber hücumların 90 %-i fişinq "e-mail"lar üzərindən gəlir. Bizim şirkət təxminən 70 ölkədə fəaliyyət göstərir. Bizə ay ərzində daxil olan xarici "e-mail"ların sayı 130 milyona çatır. Müvafiq müdafiə sistemləri həmin "e-mail"ların yarısını yoxlayır. Buna baxmayaraq yenə də həmin hücumlara məruz qalırıq. Biz e-mal fişinqinə qarşı mübarizə ilə yanaşı həmdə hər bir əməkdaşın ayrılıqda kibertəhlükəsizlik əmsalını müəyyən edirik.
Həmin əmsallar üzərində şirkətin, şöbənin, regional ofisin kiber əmsalı müəyyən olunur. Şirkət olaraq öz ekosistemimizin kibertəhlükəsizliyinin təmin olunması ilə yanaşı, həm də ətrafda kiberekosistemin doğru və düzgün fəaliyyət göstərməsində maraqlıyıq. Bu nöqteyi nəzərdən subpodratçılarla, müvafiq dövlət strukturları, təhlükəsizlik strukturları ilə mütəmadi kontaklarımız olur", - deyə B. Aslanbəyli bildirib.
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır
İllər sonra yollar yenidən birləşir: Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır
Agentliyin direktor müavini “Impact Pioneers ’26 EUROPE” proqramında iştirak edib
Kapital Bank nümayəndələri “Sibos 2026”çərçivəsində 30-dan çox işgüzar görüş keçirib