Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında banklar və digər kredit təşkilatları tərəfindən verilmiş kreditlərin 35,4 %-i və ya 104 milyon 304 min manatı regionda real sektorun inkişafına yönləndirilib.
“İki sahil” xəbər verir ki, bunu Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev iş adamlarının iştirakı ilə keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, bu, ötən ilin müvafiq göstəricisindən 2,8 dəfə çoxdur.
E.Əliyev qeyd edib ki, bu ilin ötən dövründə regionda fəaliyyət göstərən banklar və digər kredit təşkilatları tərəfindən ümumilikdə 294 milyon 344 min manat kredit verilib: “Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,2 % çoxdur. Əlbəttə ki, bu artım göstəriciləri bankların iqtisadiyyatı maliyyələşdirmə baxımından da öz töhfəsini verib”.
Qeyd edək ki, hazırda Naxçıvanda 7 bankın 18 filialı, 2 banka məxsus 7 bank şöbəsi, 2 bank olmayan kredit təşkilatı və 1 kredit ittifaqı fəaliyyət göstərir.
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır
İllər sonra yollar yenidən birləşir: Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır
Agentliyin direktor müavini “Impact Pioneers ’26 EUROPE” proqramında iştirak edib
Kapital Bank nümayəndələri “Sibos 2026”çərçivəsində 30-dan çox işgüzar görüş keçirib