Orta Dəhlizin üzərində yerləşən ölkələrin təbii sərvətlərlə çox zəngin olması bu dəhlizin önəmini artırır.
“İki sahil” xəbər verir ki, bunu Tbilisidə keçirilən 4-cü Beynəlxalq İpək Yolu Forumundakı panel iclasında "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Baş direktoru Taleh Ziyadov bildirib.
"Bu zənginliklə iqtisadiyyatı daha da rəngarəng edə bilərik", - deyə o qeyd edib.
Bundan başqa, T.Ziyadov deyib ki, Bakı Limanı çox strateji məkanda yerləşir.
"Liman ekoloji təmiz, yüksək texnologiyalarla, sağlamlığı təmin edən şəkildə qurulub. Çindən Avropaya qədər yol bütün standartlara cavab verməlidir. Qazaxıstan, Türkmənistan, Özbəkistan, Gürcüstan, Türkiyə kimi tərəfdaşlarımız bu böyük layihəyə öz töhfəsini verməlidirlər. Bizim üçün vacibi logistikada bütün infrastrukturun yaradılmasıdır. Çünki konteynerlərin sürətli çatdırılması, yüklərin tez boşaldılması iqtisadiyyata töhfə verir", - deyə Baş direktor əlavə edib.
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır
İllər sonra yollar yenidən birləşir: Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır
Agentliyin direktor müavini “Impact Pioneers ’26 EUROPE” proqramında iştirak edib
Kapital Bank nümayəndələri “Sibos 2026”çərçivəsində 30-dan çox işgüzar görüş keçirib