Bizim bərpaolunan enerji gündəliyimiz təkcə günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmır. Hazırda biz üç il bundan əvvəl işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk.
“İki sahil” xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı söyləyib.
Artıq 170 meqavat gücündə olan hidroelektrik stansiyalarının istismara verildiyini vurğulayan dövlətimizin başçısı bildirib ki, bu ilin sonuna kimi bu, 270 meqavata çatacaq. İki-üç ildən sonra hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq.
“Bu da yaşıl enerjiyə keçid prosesinə digər mühüm bir töhfə olacaqdır. Ümumiyyətlə, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan artıq yaşıl enerji zonası kimi elan olunub”, - deyə Azərbaycan Prezidenti əlavə edib.
İSB tərəfindən www.isb.az saytında “Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib
Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır
İllər sonra yollar yenidən birləşir: Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır
Agentliyin direktor müavini “Impact Pioneers ’26 EUROPE” proqramında iştirak edib
Kapital Bank nümayəndələri “Sibos 2026”çərçivəsində 30-dan çox işgüzar görüş keçirib